Yuxarı

Taliban sülh danışıqlarına hazır olduğunu bildirib

Molla Ömər dialoqun dini baxımdan “legitim” strategiya olduğunu deyib

Bakı. 15 iyul. REPORT.AZ/ Əfqanıstandakı Taliban lideri 14 ildir davam edən müharibəyə son qoymaq üçün Kabil hökuməti və xarici dövlətlərlə siyasi danışıqlara razılıq verib. 

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, Talibanın başçısı Molla Ömər müharibəyə görə təşkilatına haqq qazandırmaq məqsədilə hər il müsəlmanların müqəddəs Ramazan ayında müraciətlə çıxış edir. Lakin o, bu gün açıqladığı mesajında Əfqanıstan və xarici vasitəçilərin bu yaxınlarda təklif etdiyi sülh müzakirələrini müdafiə etdiyini bildirib.

Taliban lideri dialoqun dini baxımdan “legitim” strategiya olduğunu və xarici qüvvələri Əfqanıstandan çıxartmaq məqsədi daşıdığını deyib. Ona görə də Molla Ömər deyib ki, Talibanın siyasi səyləri, xarici ölkələr və Əfqanıstanın qarşılıqlı yardımı ilə ölkədəki işğala son qoyulmalı, İslam yönümlü müstəqil dövlət qurulmalıdır.

Molla Ömər Əfqanıstan hökuməti ilə Taliban nümayəndələri arasında 14 ildir davam edəm müharibəyə son qoyulması yolunda başlanan birbaşa danışıqlardan bir həftə sonra çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi