"Taliban" silahlıları polisə hücum edib, ölən və yaralanan var

"Taliban" silahlıları polisə hücum edib, ölən və yaralanan var “Taliban” silahlılarının Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 7 polis əməkdaşı ölüb.
Digər ölkələr
29 May , 2020 10:40
Taliban silahlıları polisə hücum edib, ölən və yaralanan var

“Taliban” silahlılarının Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 7 polis əməkdaşı ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Mohibullah Mohib deyib. 

Qeyri-rəsmi mənbə isə bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı yaralanıb, 7 “taliban”çı zərərsizləşdirilib.

“Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, mayın 28-də Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində ordu ilə “Taliban” hərəkatı döyüşçüləri arasında baş verən atışma nəticəsində azı 7 hərbçi həlak olub.

Son xəbərlər

Orphus sistemi