"Taliban" silahlıları Əfqanıstanda 52 mülki sakini oğurlayıb

"Taliban" silahlıları Əfqanıstanda 52 mülki sakini oğurlayıb Dövlət orqanları girovları təhlükəsiz geri qaytarmağa çalışır
Digər ölkələr
16 Fevral , 2017 03:28
Taliban silahlıları Əfqanıstanda 52 mülki sakini oğurlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ "Taliban" qruplaşmasının silahlıları Əfqanıstanın şimalındakı Cauzdan vilayətinin Dərzab rayonunda 52 mülki sakini oğurlayıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Reza Qafori bildirib.

Məlumata görə, "taliban"çıların silahlı qruplaşması kəndlilər, qocalar da daxil olmaqla, 52 sakini Dərzab yaxınlığındakı kənddə, günün ikinci yarısında oğurlayaraq naməlum istiqamətə aparıblar. Administrasiya rəsmisi hadisə ilə bağlı ətraflı məlumat verməyib. 

Reza Qafori qeyd edib ki, dövlət orqanları girovları təhlükəsiz geri qaytarmağa çalışır.

Son xəbərlər

Orphus sistemi