"Taliban" Əfqanıstanda "intihar batalyonu" yaradıb

"Taliban" Əfqanıstanda "intihar batalyonu" yaradıb "Taliban" hərəkatı Əfqanıstanın Çin və Tacikistanla dövlət sərhədlərini qorumaq üçün intiharçılardan ibarət xüsusi batalyon yaradıb.
Digər ölkələr
2 Oktyabr , 2021 23:30
Taliban Əfqanıstanda intihar batalyonu yaradıb

"Taliban" hərəkatı Əfqanıstanın Çin və Tacikistanla dövlət sərhədlərini qorumaq üçün intiharçılardan ibarət xüsusi batalyon yaradıb.

"Report" xəbər verir ki, bunu Bədəxşan əyalətinin qubernator müavini Molla Nisar Əhmədi deyib.

"Lashkar-e Mansur" adlı intihar batalyonuna daxil olan silahllılar əvvəlki hökumətin silahlı qüvvələrinə, eləcə də Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbçilərinə qarşı terror hücumlarında iştirak ediblər.

"Bu batalyon olmasaydı, ABŞ -ı məğlub etmək mümkün olmazdı. Bu döyüşçülər xüsusi partlayıcı qurşaq kəmərləri taxaraq Əfqanıstandakı Amerika bazalarını partladıblar", - qubernator müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi