"Taliban" qadınların nümayişində gözyaşardıcı qazdan istifadə edib

"Taliban" qadınların nümayişində gözyaşardıcı qazdan istifadə edib "Taliban" tərəfdarları Əfqanıstanın paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Digər ölkələr
17 Yanvar , 2022 03:37
Taliban qadınların nümayişində gözyaşardıcı qazdan istifadə edib

"Taliban" tərəfdarları Əfqanıstanın paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

"Report" xəbər verir ki, bu barədə Əfqanıstanın "Aamaj News" agentliyi məlumat yayıb.

Bir qrup əfqan qadın "Taliban"ın tətbiq etdiyi məhdudiyyətlərə etiraz etmək üçün Kabil küçələrinə çıxıb. Nümayişçilər qanuni hüquqlarının təmin olunmasını tələb ediblər.

Qeyd edək ki, "Taliban" hakimiyyətə gəldikdən sonra qadınlara müvəqqəti məhdudiyyətlər qoymağa başlayıb. Hərəkat 20 ilə yaxındır mövcud olan Qadın İşləri Nazirliyini ləğv edərək, onun əvəzinə İslami Müraciət Nazirliyini yaradıb. Bu, 1996-cı ildən 2001-ci ilə qədər fəaliyyət göstərən, əxlaq polisi funksiyaları ilə təchiz edilmiş orqanın analoqudur.

Bundan əlavə, "Taliban" ölkənin əksər əyalətlərində qızların məktəblərə girişini məhdudlaşdırıb, qadın teleaparıcıları hicab taxmağa məcbur edib və yerli televiziyalara zərif cinsin nümayəndələrini göstərən filmləri nümayiş etdirməməyi tapşırıb.

Son xəbərlər

Orphus sistemi