“Taliban” Pəncşirdəki qüvvələrlə razılığa gəlib

“Taliban” Pəncşirdəki qüvvələrlə razılığa gəlib Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması və onlara tabe olmaqdan imtina edən Şimal Alyansı arasında razılaşma əldə olunub.
Digər ölkələr
26 Avqust , 2021 13:52
“Taliban” Pəncşirdəki qüvvələrlə razılığa gəlib
0 : 00
0 : 00

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması və onlara tabe olmaqdan imtina edən Şimal Alyansı arasında razılaşma əldə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, razılaşmaya əsasən, tərəflər bundan sonra bir-birinə qarşı hücum etməyəcəklər.

Bildirilib ki, razılaşmanın Əfqanıstanda “Taliban”ın nəzarətində olmayan yeganə vilayət olan Pəncşirdə toqquşmaların qarşısını alması gözlənilir.

Qeyd edək ki, Pəncşirdə Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb.

Son xəbərlər

Orphus sistemi