Radikal “Taliban” hərəkatı avqustun 15-i Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən sonra səfirliklərdə və beynəlxalq humanitar təşkilatlarda çalışan 12 minədək əcnəbi və əfqan ölkəni tərk edib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, paytaxt hava limanının hüdudları xaricində “talibançılar” və əfqanlarla toqquşmalardan yayınmaq üçün təxliyyə prosesi bilərəkdən ləngidilib.