"Taliban" Kabildəki tarixi kinoteatrı bağlayıb

"Taliban" Kabildəki tarixi kinoteatrı bağlayıb Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ölkə paytaxtı Kabilin “Ariana” tarixi kinoteatrını bağlayıb.
Digər ölkələr
12 Noyabr , 2021 12:05
Taliban Kabildəki tarixi kinoteatrı bağlayıb

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ölkə paytaxtı Kabilin “Ariana” tarixi kinoteatrını bağlayıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu kinoteatr on illərdir fəaliyyət göstərir.

Bildirilib ki, “Ariana”da Hindistan və ABŞ istehsalı olan aksiyon filmlər nümayiş olunurmuş. “Taliban” hesab edir ki, bu, şəriət normaları ilə ziddiyyət təşkil edir. Ona görə də kinoteatrı bağlayıblar.

“Ariana”nın əməkdaşları işə gəlsələr də, orada əyləncəli filmlərin göstərilməsinə icazə veriləcəyinə inanmırlar.

Son xəbərlər

Orphus sistemi