​"Taliban"ın kəşfiyyat məsələləri üzrə məsul şəxsi tutulub

​"Taliban"ın kəşfiyyat məsələləri üzrə məsul şəxsi tutulub Molla Məhəmməd Nabi Faryab əyalətinin Gurzian rayonunda yaxalanıb
Digər ölkələr
3 İyul , 2015 12:02
​Talibanın kəşfiyyat məsələləri üzrə məsul şəxsi tutulub

Bakı. 3 iyul. REPORT.AZ/ "Taliban" hərəkatının Əfqanıstanın şimalındakı 4 əyaləti üzrə məsul şəxsi Molla Məhəmməd Nabi tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Faryab bölgəsinin təhlükəsizlik idarəsinin rəisi Səid Məsud Yakubi bildirib.

O qeyd edib ki, Molla Məhəmməd Nabi Faryab əyalətinin Gurzian rayonunda tutulub.

Onun sözlərinə görə, M.M.Nabi "Taliban"ın təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə məsulu, habelə hərəkatın silah və maliyyə təchizatçısıdır.

Məlumata əsasən, terrorçu təşkilat hələlik məsələyə münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi