“Taliban” hərəkatı öz liderinin öldürülməsi xəbərini təkzib edib

“Taliban” hərəkatı öz liderinin öldürülməsi xəbərini təkzib edib “Kuçlak şəhərində öldürüldüyüm barədə xəbərlər səhvdir”, - audiomüraciətdə deyilir
Digər ölkələr
6 Dekabr , 2015 02:32
“Taliban” hərəkatı öz liderinin öldürülməsi xəbərini təkzib edib

Bakı. 6 dekabr. REPORT.AZ/ Əfqanıstanın “Taliban” hərəkatı öz liderinin öldürülməsi xəbərini təkzib edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatda hərəkatın lideri Molla Mansurun qətlə yetirilməsi ilə bağlı xəbər həqiqəti əks etdirmədiyi vurğulanır. Bununla bağlı “Taliban” liderinin səs yazısı dərc olunub. “Kuçlak şəhərində öldürüldüyüm barədə xəbərlər səhvdir”, - audiomüraciətdə deyilir.

Qeyd edək ki, “Taliban” hərəkatının lideri Molla Əhtar Mansurun əks mövqedə olan səhra komandirləri tərəfindən öldürüldüyü xəbəri yayılmışdı.

Son xəbərlər

Orphus sistemi