Keçmiş Əfqanıstan hökumətinin xarici işlər naziri Məhəmməd Hənif Atmar ölkəyə qayıdacaq.
"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı "Taliban" nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hərəkatın nümayəndələri keçmiş xarici işlər naziri Hanif Atmarla əlaqə saxlayıb və o, Əfqanıstana qayıdacaq.
Qeyd edək ki, Hənif Atmar 2020-ci ilin aprelin 4-dən Əfqanıstanın xarici işləri naziri olub və bu ilin avqustun 15-də vəzifə səlahiyyətlərini dayandırıb.