Yuxarı

Taliban Əfqanıstanda vilayət qubernatorunu qətlə yetirib

Bomba partlaması nəticəsində vilayət qubernatoru və onun üç cangüdəni həyatını itirib

Bakı. 14 İyun. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində yerləşən Taxar vilayətində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində vilayət qubernatoru və onun üç cangüdəni həyatını itirib.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, hücum Əfqanıstan rəsmilərinin ölkənin şimal bölgələrində son zamanlar zorakılıqların artmasına görə qonşu Pakistanda ordunun hücumlarından qaçan yaraqlıları günahlandırdığı bir vaxt baş verib.

Talibanın sözçüsü Zəbihullah Mücahid bomba hücumuna görə məsuliyyəti qrupun öz üzərinə götürdüyünü bildirib. Hadisə yüzlərlə yaraqlının Helmənd vilayətində təhlükəsizlik mənqələrinə hücum edərək 17 zabiti qətlə yetirməsindən bir neçə gün sonra baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi