“Taliban” Əfqanıstanda Aybək şəhərini ələ keçirib

“Taliban” Əfqanıstanda Aybək şəhərini ələ keçirib Əfqanıstanın şimalında Səməngən əyalətinin mərkəzi şəhəri Aybək “Taliban” hərəkatının nəzarətinə keçib.
Digər ölkələr
10 Avqust , 2021 11:38
“Taliban” Əfqanıstanda Aybək şəhərini ələ keçirib

Əfqanıstanın şimalında Səməngən əyalətinin mərkəzi şəhəri Aybək “Taliban” hərəkatının nəzarətinə keçib.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu, hərəkatın son 4 gündə ələ keçirdiyi sayca 6-cı əyalət mərkəzidir.

"Taliban"çılar Aybəkdə bütün hökumət binalarını ələ keçiriblər. Bu məlumatı Səməngən əyaləti qubernatorunun müavini təsdiqləyib.

Ötən gün “Taliban”, həmçinin ölkənin şimalındakı ən böyük şəhər olan Məzari-Şərifə hücuma keçdiklərini açıqlamışdı.

Daha əvvəl isə “Taliban” dövlət sərhədlərinin 90 faizinə nəzarət etdiklərini bildirsə də, Müdafiə Nazirliyi bunu təkzib etmişdi.

Son xəbərlər

Orphus sistemi