“Taliban” Əfqanıstanda partlayış törədib, ölənlər və yaralananlar var

“Taliban” Əfqanıstanda partlayış törədib, ölənlər və yaralananlar var Əfqanıstanın şimal-qərbində baş vermiş törədilmiş partlayış zamanı iki polis əməkdaşı həlak olub.
Digər ölkələr
20 Aprel , 2021 08:52
“Taliban” Əfqanıstanda partlayış törədib, ölənlər və yaralananlar var

Əfqanıstanın şimal-qərbində törədilmiş partlayış zamanı iki polis əməkdaşı həlak olub.

“Report”un məlumatına görə, bu barədə 1TV telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisə Herat əyalətində baş verib. Minalanmış avtomobilin partladılması zamanı həmçinin daha 3 polis əməkdaşı yaralanıb.

Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib. Polis əməkdaşları ilə silahlılar arasında atışma bir neçə saat davam edib. Sonda “taliblər” sıxışdırılaraq ərazidən uzaqlaşdırılıblar.

“Taliban” hələlik hadisəni şərh etməyib.

Son xəbərlər

Orphus sistemi