"Taliban" Əfqanıstanda 3 rayonu ələ keçirib, 2-dən çıxarılıb

"Taliban" Əfqanıstanda 3 rayonu ələ keçirib, 2-dən çıxarılıb “Taliban” silahlı qruplaşması son sutkada Əfqanıstanın Qəznə əyalətində 3 rayonu ələ keçirib.
Digər ölkələr
111
29 İyun , 2021 12:34
Taliban Əfqanıstanda 3 rayonu ələ keçirib, 2-dən çıxarılıb

“Taliban” silahlı qruplaşması son sutkada Əfqanıstanın Qəznə əyalətində 3 rayonu ələ keçirib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Qəznədən olan deputat Hudad İrfani mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Taliban” Qəznə əyalətinin Xoca Ömər, Vaiz və Mukur rayonlarına eyni vaxtda hücum edərək nəzarəti ələ keçirib: “Bu ərazilərdən hökumət qüvvələri geri çəkilib. “Taliban” bu gedişlə Qəznəni tamamilə ələ keçirə bilər”.

“Taliban”dan bildirilib ki, son 24 saat ərzində 5 rayona nəzarət etməyə başlayıblar.

Əfqanıstanın Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ölkənin şimalında Faryab əyalətinin Pəştun Kot və Pərvan əyalətinin Şinvari rayonları “Taliban”dan geri alınıb. Nazirlikdən bildirilib ki, son 24 saatda Əfqanıstanın 14 əyalətində bu silahlı qruplaşmaya qarşı keçirilən əməliyyat nəticəsində 235 talib ölüb, 161-i yaralanıb.

Məlumata görə, son iki ayda “Taliban”ın nəzarəti altına keçən rayonların sayı 45-i keçib. BMT-nin hesabatına əsasən, şəhər mərkəzləri daxil olmamaqla qruplaşma Əfqanıstan ərazisinin 50-70 faizinə nəzarət edir. “Taliban” ölkənin 407 rayonundan 130-dan artığını mərkəzləri də daxil olmaqla ələ keçirib. 34 əyalətin mərkəzi hökumətin nəzarəti altındadır. 407 rayondan 190-da atışmalar davam edir.

Son xəbərlər

Orphus sistemi