Yuxarı

​“Taliban” Əfqanıstan hökuməti ilə danışıqlara hazır olduğunu bəyan edib

Danışıqlar gələn həftə başlaya bilər

Bakı. 2 mart. REPORT.AZ/ Əfqanıstanın "Taliban" terror hərəkatının lideri Molla Ömər ölkə prezidenti Əşrəf Ğəni Əhmədzay ilə sülh danışıqları aparmağa hazır olduğunu bəyan edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, danışıqların növbəti həftə Kabildə başlayacağı gözlənilir.

“Biz əfqan hökuməti ilə sülh danışıqlarına hazırıq. Gözlənildiyinə görə, bu danışıqlar gələn həftə Kabildə başlaya bilər”, - deyə hərəkat liderinin nümayəndəsi Qari Di Məhəmməd bildirib.

Məhəmməd sülh danışıqlarının gündəliyini açıqlamayıb, lakin qeyd edib ki, Şura ilə məsləhətləşmələr aparır. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibini Molla Ömər özü seçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi