"Taliban" hərəkatının silahlıları Əfqanıstanda polis məntəqəsinə hücum ediblər.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, hadisə Feyzabad ərazisində baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həlak olub. Onlar arasında polis zabiti də var.
Feyzabad rayonu inzibati dairəsinin rəhbəri Alif Şah jurnalistlərə bildirib ki, silahlıların hücumu Bizdek kəndində baş verib. Onun sözlərinə görə, döyüş 3 saata yaxın davam edib. Hücum zamanı "talib"lər də itki veriblər.
"Taliban" hərəkatı bununla bağlı hər hansı açıqlama verməyib.
Daha əvvəl Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.