"Taliban” Cauzdan əyalətinə nəzarəti ələ keçirib

"Taliban” Cauzdan əyalətinə nəzarəti ələ keçirib Əfqanıstanın şimalındakı Cauzdan əyaləti tamamilə "Taliban" hərəkatının nəzarəti altına keçib.
Digər ölkələr
7 Avqust , 2021 19:28
Taliban” Cauzdan əyalətinə nəzarəti ələ keçirib

Əfqanıstanın şimalındakı Cauzdan əyaləti tamamilə "Taliban" hərəkatının nəzarəti altına keçib.

“Report” xəbər verir ki, bu barədə Cauzdanın qubernatorunun müavini Əbdül Qədir Maliaya istinadən “Pajhwok Afghan News” agentliyi bildirib.

O, qeyd edib ki, hökumət qüvvələri hazırda Şiberqandan 15 kilometr şərqdə doğru geri çəkilib.

Bundan başqa, agentlik mənbəyə istinadən bildirib ki, silahlılarla toqquşmanın gedişatında Cauzdan həbsxanasının müdiri polkovniki Munavar Omari öldürülüb.

Daha əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi 14 başqa terrorçu ilə birlikdə "Taliban"ın "kölgə qubernatoru" Abid Mavlavinin zərərsizləşdirilməsi barədə bildirib. Müdafiə Nazirliyin bəyanatına görə, hərəkatın üzvləri Nimis əyalətinin Zarancı şəhərində toplantı zamanı məhv edilib.

Son xəbərlər

Orphus sistemi