"Taliban" nümayəndələri Əfqanıstanın şimal-qərbində yerləşən Faryab əyalətində əsir götürülmüş təhlükəsizlik xidmətinin 80 əməkdaşını azad ediblər.
"Report"un xəbərinə görə, bu barədə Əfqanıstanın "Pajhwok" agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu həftənin əvvəlində "Taliban" onlara qarşı çıxan hər kəsi əfv etdiyini açıqlayıb.