Bakı. 15 avqust. REPORT.AZ/ Tailandın şimalında hərbi helikopterin qəzaya uğraması nəticəsində göyərtədəki 5 hərbçi ölüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlərdən biri Tailand Hava Qüvvələri diviziyasının komandanlarından biri general-mayor Nopporn Ruançandır.
Ölkə Silahlı Qüvvələrinin rəsmi təmsilçisi deyib ki, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti səbəb ola bilər.