Tailandda onlarla insanın qatili zərərsizləşdirildi - VİDEO - YENİLƏNİB-3 - FOTO

Tailandda onlarla insanın qatili zərərsizləşdirildi - VİDEO - YENİLƏNİB-3 - FOTO Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində onlarla insanı öldürmüş və yaralamış 32 yaşlı hərbçi Çakrapant Thomma zərərsizləşdirilib.
Digər ölkələr
9 Fevral , 2020 06:20
Tailandda onlarla insanın qatili zərərsizləşdirildi - VİDEO - YENİLƏNİB-3 - FOTO

Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində onlarla insanı öldürmüş və yaralamış 32 yaşlı hərbçi Çakrapant Thomma zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb. 

Qeyd edək ki, o, xidmət etdiyi hərbi hissədə öz komandirini və daha 2 nəfəri güllələyib. Sonra isə avtomobili qaçıraraq gizlənib. Cinayətkar "Terminal-21" ticarət mərkəzinə gedən yolda, habelə ticarət mərkəzində dinc insanlara atəş açıb. Nəticədə 25 nəfər öldürülüb, 63 nəfər yaralanıb.


***05:42

Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində baş vermiş atışmada yaralananların sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin “Txai Rat TV” televiziyası məlumat yayıb.

Telekanalın ölkənin Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, Nakxon Ratçasima şəhərinin xəstəxanalarına 63 nəfər çatdırılıb. 

Qeyd edilir ki, atışmada ölənlərin sayı 25 nəfərə çatıb.


***05:27

Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində baş vermiş atışmada ölənlərin sayı 25 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin “Txai Rat TV” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, daha 4 nəfər dünən ticarət mərkəzinin binasında həlak olub. Onların meyitlərini xüsusi təyinatlılar cinayətkarın zərərsizləşdirilməsi əməliyyatı zamanı aşkarlayıb. 

Polisə istinadən yayılan məlumata görə, binada hadisə zamanı ticarət mərkəzində olmuş mülki şəxslər də var.    

Qeyd edək ki, ötən gün yayılan məlumatda 21 nəfərin həlak olduğu bildirilirdi. Son məlumata görə, cinayətkarın zərərsizləşdirilməsi zamanı xüsusi təyinatlıların 2 əməkdaşı yaralanıb, daha 1 nəfər həlak olub. Hadisə zamanı ümumilikdə 30-dan çox insan xəsarət alıb.

 Hazırda cinayətkarın zərərsizləşdirilməsi əməliyyatı davam etdirilir. 


***00:49

Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində insanları girov götürmüş silahlı şəxs 9 saat gizləndiyi binanı tərk etməyə nail olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin “Txai Rat TV” televiziyası məlumat yayıb.

Telekanalın müxbiri bildirib ki, cinayətkar çoxmərtəbəli avtomobil dayanacağında xüsusi təyinatlı dəstə ilə atışıb. Sonra o qaz balonu ilə yanğın törədib və binadan qaçaraq gizlənib.

İlkin informasiyaya görə, atışmanın gedişatında xüsusi təyinatlı dəstənin bir döyüşçüsü həlak olub, daha biri yaralanıb.  

Son xəbərlər

Orphus sistemi