Tailandda seçkilər silsilə partlayışlar səbəbindən təxirə salına bilər

Tailandda seçkilər silsilə partlayışlar səbəbindən təxirə salına bilər Seçkilər cəmiyyətdə yalnız "sülh və asayişin qorunub saxlancağı" təqdirdə keçiriləcək
Digər ölkələr
24 may 2017 02:55
Tailandda seçkilər silsilə partlayışlar səbəbindən təxirə salına bilər

Bakı. 24 may. REPORT.AZ/ Tailandda 2018-ci ilin ikinci yarısına nəzərdə tutulmuş parlament seçkiləri ölkədə siyasi zəmində zorakılıq aktları davam edəcəyi təqdirdə təxirə salına bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Bangkok Post" qəzeti yazıb.

Baş nazir Prayut Çan-Oça dəfələrlə bəyan edib ki, seçkilər cəmiyyətdə yalnız "sülh və asayişin qorunub saxlancağı" təqdirdə keçiriləcək.

Çan-Oça Banqkok hospitalında törədilən partlayışdan sonra yenidən bu məsələyə toxunub:

"Biz partlayışların davam etdiyi, silah istifadə olunduğu, insanlar bir-biri ilə münaqişə etdiyi bir vəziyyətdə seçki keçirə bilərikmi? Bu, bütün (siyasi) qrupların bir-biri ilə əməkdaşlığından asılıdır", - deyə baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi