Yuxarı

Tailandda partlayışda üç polis əməkdaşı həlak olub, biri ağır yaralanıb

Hadisə Malayziya ilə sərhəddə yerləşən Yalla əyalətinin Puronq rayonunda baş verib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Tailandın cənubunda bomba partlayışı nəticəsində üç polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Malayziya ilə sərhəddə yerləşən Yalla əyalətinin Puronq rayonunda baş verib.

Partlayıcı qurğu patrul polisinin avtomobili altında partladılıb. Məlumata görə, partlayışın şiddətindən polis avtomobili bir neçə metr havaya qalxıb. Həmin zaman avtomobildə olan dörd polisdən üçü yerindəcə dünyasını dəyişib, bir polis əməkdaşı isə ağır yaralanıb və xəstəxanaya çatdırılıb.

Polis partlayışı ölkənin cənubunda fəaliyyət göstərən separatçı qruplaşmalardan birinin törətdiyini hesab edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi