Tailandda on minlərlə ev daşqınlardan zərər çəkib

Tailandda on minlərlə ev daşqınlardan zərər çəkib Tailandın cənubunda son günlər musson yağışları daşqınlara səbəb olub, təxminən 20 min ev sel fəlakətindən zərər çəkib.
Digər ölkələr
27 dekabr 2023 01:39
Tailandda on minlərlə ev daşqınlardan zərər çəkib

Tailandın cənubunda son günlər musson yağışları daşqınlara səbəb olub, təxminən 20 min ev sel fəlakətindən zərər çəkib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, cənub bölgələrində musson yağışları bir çox ərazilərdə ciddi fəsadlar törədib.

Yağıntının artması nəticəsində çaylar daşaraq bir çox yaşayış məntəqələrinə və əkin sahələrinə ziyan vurub.

Seldən zərər çəkmiş Yala və Narathivat əyalətlərində qayıqların köməyi ilə sakinlərin təxliyəsi və yardım işləri aparılır, evlərini boşaltmaq məcburiyyətində qalan yerli əhali üçün təcili yardım mərkəzi yaradılıb.

Fəlakətlərin Qarşısının Alınması İdarəsinin açıqlamasına görə, 5 əyalətdə, 24 rayonda və 384 kənddə ümumilikdə 19 min 624 ev seldən zərər çəkib. Yağışların qarşıdakı iki gün ərzində davam edəcəyi bildirilir.

İdarə sakinləri evlərini tərk etməyə hazır olmağa çağırıb.

Tailandın Baş naziri Settha Thavisin səfər proqramını yarımçıq qoyub və daşqından zərər çəkmiş ərazilərə baş çəkib.

Günorta saatlarında Narathivat əyalətinə çatan Thavisin bölgədəki son vəziyyətlə bağlı məlumat alıb. Thavisin daha sonra təcili yardım mərkəzinə gedərək evlərindən təxliyə edilən vətəndaşlarla görüşüb.

Daşqından zərər çəkən vətəndaşlarımızın çətinliklərini aradan qaldırmağa çalışacağıq. Mən də bütün qurumlardan vətəndaşlara kömək üçün əllərindən gələni etmələrini xahiş edirəm. Bütün səlahiyyətliləri həm fəlakətin fəsadlarının aradan qaldırılması, həm də ictimai məlumatlandırma ilə bağlı tədbirlər görməyə çağırıram", - Baş nazir deyib.

Son xəbərlər

Orphus sistemi