Tailandda koronavirusa yoluxanların sayı 50 nəfərə çatıb

Tailandda koronavirusa yoluxanların sayı 50 nəfərə çatıb Tailand səlahiyyətliləri İtaliyadan gələn insanlarda iki yeni koronavirusa yoluxma halı təsdiqləyib.
Digər ölkələr
7 Mart , 2020 12:45
Tailandda koronavirusa yoluxanların sayı 50 nəfərə çatıb
google.az

Tailand səlahiyyətliləri İtaliyadan gələn insanlarda iki yeni koronavirusa yoluxma halı təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyinin nümayəndələri mətbuat konfransında bildiriblər.

Onların sözlərinə görə, iki yeni pasiyent də martın 2-də İtaliyadan Tailanda gələn eyni qrupun üzvləridir. Qrupun digər üzvləri təcrid olunub və koronavirusun olub-olmamasına dair testlərin nəticələrini gözləyirlər.

Beləliklə, Tailandda yeni növ koronavirusa yoluxma halların ümumi sayı 50-yə çatıb, 31 nəfər sağalıb, 1 nəfər ölüb. Həkimlərin nəzarəti altında olan pasiyentlərin ümumi sayı 4 234 nəfərdir, onlardan 1 726 nəfəri hələ də xəstəxanalardadır.

Tailandda yeni növ koronavirusa yoluxma ilə bağlı ilk hal yanvarın 13-də Uhan şəhərindən gələn 74 yaşlı çinli qadında aşkar edilib. Laboratoriya müayinələri virusun olmadığını göstərdikdən sonra o, yanvarın 24-də Çinə qayıdıb.

Son xəbərlər

Orphus sistemi