Tailandda koronavirusa rekord həddə gündəlik yoluxma qeydə alınıb

Tailandda koronavirusa rekord həddə gündəlik yoluxma qeydə alınıb Koronavirusdan ölənlərin sayı bazar ertəsi günü daha 25 nəfər artaraq 614-ə yüksəlib
Digər ölkələr
17 May , 2021 13:11
Tailandda koronavirusa rekord həddə gündəlik yoluxma qeydə alınıb

Tailandda koronavirusa yoluxmaların rekord həddə gündəlik artımı qeydə alınıb.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, COVID-19 Vəziyyəti Mərkəzinin məlumatına görə, bazar ertəsi günü qeydə alınan 9 635 yeni yoluxma halının 6 853-ü penitensiar sisteminin payına düşür.

Bununla da ölkədə yoluxma hallarının ümumi sayı 111 082-yə çatıb ki, bunun da 70 faizi aprel ayının əvvəlində üçüncü dalğa başlayandan sonra qeydə alınıb.

Həmçinin koronavirusdan ölənlərin sayı bazar ertəsi günü daha 25 nəfər artaraq 614-ə yüksəlib.

Qeyd edək ki, bu gün ölkədə bəzi karantin məhdudiyyətləri ləğv edilib. Belə ki, yalnız çatdırılma xidmətini həyata keçirmiş iaşə sistemi yerində xidmətə də başlayıb.

Son xəbərlər

Orphus sistemi