Tailandda İŞİD tərəfdarları aşkarlanıb

Tailandda İŞİD tərəfdarları aşkarlanıb Bakı. 23 noyabr. REPORT.AZ/ Tailand Krallığında ilk dəfə olaraq İŞİD terror qruplaşmasının izləri aşkarlanıb."Report"un məlumatına görə, bu barədə ...
Digər ölkələr
23 Noyabr , 2016 08:38
Tailandda İŞİD tərəfdarları aşkarlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Tailand Krallığında ilk dəfə olaraq İŞİD terror qruplaşmasının izləri aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə "Bangkok Post" qəzeti xəbər verib.

Qəzetin yaydığı məlumatda bildirilir ki, ölkə ərazisində İŞİD-in maliyyələşdirilməsi üçün vəsait yığımı aparılır. Avstraliyanın hüquq-mühafizə orqanları əməkdaşlarının Tailanddan olan həmkarlarına verdikləri isə məlumatda məlum olub ki, son illər krallığın 100 mindən çox internet istifadəçisi daim sosial şəbəkələrdə terror qruplaşmasıyla bağlı səhifələrə baxır.

Tailand milli polisi rəhbərinin müavini Srivar Ransibraxmanakun jurnalistlərə açıqlamasında bu məlumatların etibarlılığını təsdiq edib. O, bildirib ki, söhbət əsasən cənub vilayətlərinin bəzi sakinlərindən gedir.

Baş nazir Prayut Çan Oça isə qeyd edib ki, krallığın xüsusi xidmət orqanları terrorçuların potensial tərəfdarlarını axtarır. 

"Bütün dünya İŞİD-in təhlükəsi altındadır. Bu problem hər ölkədə mövcuddur" – deyə hökumət rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi