Tailandda hərbçiləri daşıyan avtomobil partladılıb, 5 nəfər ölüb, 4-ü yaralanıb

Tailandda hərbçiləri daşıyan avtomobil partladılıb, 5 nəfər ölüb, 4-ü yaralanıb İçərisində Tailand Quru Qoşunlarının hərbçiləri olan avtomobil hərəkət edərkən partlayıcı qurğu işə düşüb
Digər ölkələr
19 İyun , 2017 11:13
Tailandda hərbçiləri daşıyan avtomobil partladılıb, 5 nəfər ölüb, 4-ü yaralanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Tailandın cənubunda yerləşən Pattani əyalətində avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 4-ü yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Hadisə iyunun 19-da baş verib. 

İnformasiyaya əsasən, içərisində Tailand Quru Qoşunlarının hərbçiləri olan avtomobil hərəkət edərkən partlayıcı qurğu işə düşüb.

Bu hücumu krallığın həmin bölgəsində İslam adı altında fəaliyyət göstərən qruplaşmanın törətdiyi ehtimal edilir.

Məlumata görə, Tailandın cənubunda yerləşən Pattani, Yala və Naratxivat əyalətlərində xüsusi təhlükəsizlik rejimi mövcuddur. 11 ildir həmin ərazidə partizan savaşı aparanlar bölgədə müstəqil sultanlıq yaratmağa səy göstərirlər.

Son xəbərlər

Orphus sistemi