İlin əvvəlindən Taylandda 44 600 nəfər denqu qızdırmasına yoluxub

İlin əvvəlindən Taylandda 44 600 nəfər denqu qızdırmasına yoluxub Taylandda ilin əvvəlindən iyul ayının 9-dək 44 600 nəfərin denqu qızdırmasına yoluxduğu təsdiqlənib.
Digər ölkələr
11 İyul , 2019 20:56
İlin əvvəlindən Taylandda 44 600 nəfər denqu qızdırmasına yoluxub

Taylandda ilin əvvəlindən iyul ayının 9-dək 44 600 nəfərin denqu qızdırmasına yoluxduğu təsdiqlənib.

“Report” “Thai PBS” TV-yə istinadən xəbər verir ki, ölkənin epidemiologiya qurumunun məlumatına görə, son 5 il ərzində bu epidemiyadan 62 nəfər dünyasını dəyişib.

Mütəxəssislərə görə, ölənlərin əksəriyyəti xəstələrlə bir yerdə yaşayıb, həkimə müraciət etməyib və ya gec müraciət edib.

Ümumdünya Səhiyyə Təşkilatına görə, denqu qızdırması ağcaqanadlar vasitəsilə ötürülən yoluxucu xəstəlikdir.

Son xəbərlər

Orphus sistemi