Tailandda daşqın qurbanlarının sayı 19 nəfərə çatıb

Tailandda daşqın qurbanlarının sayı 19 nəfərə çatıb Leysan yağışları səbəbindən 4 mindən çox yaşayış məntəqəsi su altında qalıb
Digər ölkələr
8 Yanvar , 2017 15:02
Tailandda daşqın qurbanlarının sayı 19 nəfərə çatıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Tailandın cənubunda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, daha 1 nəfər itkin düşmüş hesab olunur.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların Aradan qaldırılması Departamentinin məlumatında bildirilir.

İdarə rəhbəri Çatçay Promlertin sözlərinə görə, leysan yağışları səbəbindən ölkənin 10 əyalətində 900 minə yaxın əhalinin yaşadığı 4 mindən çox yaşayış məntəqəsi su altında qalıb.

Son xəbərlər

Orphus sistemi