Tailandda baş vermiş yol qəzasında 2 məktəbli və 4 müəllim ölüb

Tailandda baş vermiş yol qəzasında 2 məktəbli və 4 müəllim ölüb Qəzaya səbəb sürücünün ona tanış olmayan dağ yolunda avtobusu yüksək sürətlə idarə etməsi olub
Digər ölkələr
9 Mart , 2017 08:24
Tailandda baş vermiş yol qəzasında 2 məktəbli və 4 müəllim ölüb

Bakı. 9 mart. REPORT.AZ/ Tailandda 6 nəfərin ölümü ilə nəticələnmiş yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Kxonken vilayətində baş verib.

Belə ki, 44 şagirdi Çantxaburi vilayətinə ekskursiyaya aparan avtobusun yoldan çıxaraq 20 metrlik yarğana düşməsi nəticəsində 2 məktəbli və 4 müəllim ölüb. Qəza zamanı avtobusda 44 məktəblinin olduğu bildirilir.

Polislərin sözlərinə görə, qəzaya səbəb sürücünün ona tanış olmayan dolanbac dağ yolunda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub.

Hadisə zamanı sağ qalanlar müxtəlif dərəcəli xəsarət alıblar. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər və tibbi yardım alıblar.

Son xəbərlər

Orphus sistemi