​Tailandda baş vermiş yanğında 17 məktəbli ölüb

​Tailandda baş vermiş yanğında 17 məktəbli ölüb Hadisə nəticəsində beş nəfər isə xəsarət alıb
Digər ölkələr
23 May , 2016 05:25
​Tailandda baş vermiş yanğında 17 məktəbli ölüb

Bakı. 23 may. REPORT.AZ/ Tailandda yataqxanada baş vermiş yanğın nəticəsində ən azı 17 şagird ölüb. 

"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli polis orqanına istinadən məlumat yayıb.

Agentliyin xəbərinə görə, hadisə ölkənin şimalında, Çianqray şəhərində baş verib. 

Yanğın nəticəsində on yeddi məktəbli qız ölüb, iki şagird itkin düşüb, beş nəfər isə xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi