Tailand polisi Banqkok partlayışı ilə bağlı bir nəfəri həbs edib

Tailand polisi Banqkok partlayışı ilə bağlı bir nəfəri həbs edib Banqkokda 20 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışı ilə bağlı bir əcnəbi həbs edilib
Digər ölkələr
29 Avqust , 2015 20:02
Tailand polisi Banqkok partlayışı ilə bağlı bir nəfəri həbs edib

Bakı. 29 avqust. REPORT.AZ/ Banqkokda 20 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışı ilə bağlı bir nəfər həbs edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, xarici vətəndaş olan bu şəxs, Banqkok yaxınlığındakı Nonq Çok qəsəbəsində həbs edilib. Onun mənzilində 10 pasportla yanaşı, bomba hazırlamaq üçün ləvazimat da aşkar edilib.

Bomba avqustun 17-də, "Eravan" məbədində partlayıb və əksəriyyəti turist olan 100-dən çox insanın xəsarət almasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi