Tailand kralı vəfat edib

Tailand kralı vəfat edib Son bir neçə il ərzində hökmdar vaxtının çoxunu xəstəxanada keçirib
Digər ölkələr
13 Oktyabr , 2016 16:15
Tailand kralı vəfat edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Tailand kralı Phumipon Adulyadet 89 yaşında vəfat edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə kral ailəsinə yaxın ətrafı məlumat verib.

Son bir neçə il ərzində hökmdar vaxtının çoxunu xəstəxanada keçirib. Ötən həftə onun qızı - şahzadə Çulabhorn milli telekanalın efirində atasının sağlamlığının qaydasında olmadığını bildirmiş və xəstələrə şəfa dilənməsi üzrə buddist dua mərasimində iştirak etmişdi.

Son xəbərlər

Orphus sistemi