Yuxarı

Tailand 17 uyğuru Türkiyəyə verməkdən imtina edib

Pekin iddia edir ki, onlar Çinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir

Bakı. 27 mart. REPORT.AZ/ Tailand məhkəməsi Türkiyə pasportu olan 17 uyğurun nəzarət altında saxlanılması haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə BBC teleradiosu məlumat yayıb.

Onlar 2014-cü ildə Tailandın cənubunda həbs ediliblər. 17 uyğurun Türkiyə pasportu olsa da, rəsmi Pekin iddia edir ki, onlar Çinin Sintezyan-Uyğur Muxtar Bölgəsindən (Şərqi Türküstan) Tailanda keçiblər və Çinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Məlumatda vurğulanıb ki, Tailand Çinlə münasibətləri yaxşılaşdırmaq istəyir, bu səbəbdən də həmin uyğurların Türkiyəyə deyil, Çinə ekstradisiyası ehtimalı böyükdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi