Tacikistanda parlament seçkiləri keçirilir

Tacikistanda parlament seçkiləri keçirilir Bu gün Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçirilir.
Digər ölkələr
1 mart 2020 04:48
Tacikistanda parlament seçkiləri keçirilir

Bu gün Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

“Report” xəbər verir ki, səsvermə yerli vaxtla saat 6:00-da başlayıb.

Səsvermələr ölkənin bütün şəhər və rayonları üzrə 3 412 seçki məntəqəsində keçirilir. Parlamentin aşağı palatasına seçkilər hər beş ildən bir təşkil olunur. Bu, Tacikistanın müstəqillik dövründə (1991-ci ildən) altıncı seçkilərdir.

Ölkə vətəndaşları 63 deputatı seçəcəklər.

Seçkilərdə yeddi siyasi təşkilat - Tacikistanın Xalq Demokratiyası Partiyası, Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası, Demokrat Partiyası, Sosial Demokrat Partiyası və Kommunist Partiyası iştirak edir. 

Son xəbərlər

Orphus sistemi