Tacikistanda parlament seçkiləri baş tutub

Tacikistanda parlament seçkiləri baş tutub Tacikistan parlamentinin aşağı palatası - Məclisi Aliyə keçirilən seçkilərdə 71,1 faiz seçici səsvermədə iştirak etdiyi üçün seçkilər baş tutmuş hesab edilib.
Digər ölkələr
1 Mart , 2020 16:11
Tacikistanda parlament seçkiləri baş tutub

Tacikistan parlamentinin aşağı palatası - Məclisi Aliyə keçirilən seçkilərdə 71,1 faiz seçici səsvermədə iştirak etdiyi üçün seçkilər baş tutmuş hesab edilib.

“Report”un məlumatına görə, bunu Mərkəzi Komissiyanın sədri Baxtiyer Xudoyerzoda deyib.

O qeyd edib ki, saat 15.00-ə (Bakı vaxtılə - 14:00) olan məlumata görə, seçkilərdə 3 milyon 734 min 962 seçici səs verib.

Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.

Son xəbərlər

Orphus sistemi