Tacikistanda cinsi azlıqların bütün nümayəndələri qeydiyyata götürülüb

Tacikistanda cinsi azlıqların bütün nümayəndələri qeydiyyata götürülüb Ölkənin Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu "Əxlaq" və "Təmizlik" kod adı altında əməliyyatlar keçirib
Digər ölkələr
18 Oktyabr , 2017 16:59
Tacikistanda cinsi azlıqların bütün nümayəndələri qeydiyyata götürülüb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Tacikistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ölkədə yaşayan cinsi azlıqların bütün nümayəndələrini qeydiyyata alıb.

"Report" "CA-news" portalına istinadən xəbər verir ki, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin siyahıya alınması "Əxlaq" və "Təmizlik" kod adı altında keçirilən əməliyyatlar çərçivəsində baş tutub.

Siyahıda 319 homoseksual kişi və 48 lezbiyan qadın yer alıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, geylər və lezbiyanların qeydiyyata alınması onların HİV infeksiyasına yoluxma riskinin yüksək olması və tez-tez tərəf müqabili dəyişdiklərindən əhalinin həssas təbəqəsinə aid olmaları ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi