Tacikistanda avtobus çaya düşüb, 10 nəfər ölüb

Tacikistanda avtobus çaya düşüb, 10 nəfər ölüb Hadisə Roştkala-Xoroq yolunda baş verib
Digər ölkələr
28 Avqust , 2017 22:51
Tacikistanda avtobus çaya düşüb, 10 nəfər ölüb

Bakı. 28 avqust. REPORT.AZ/ Tacikistanın cənub-şərqində mikroavtobusun çaya düşməsi nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Roştkala–Xoroq avtomobil yolunda baş verib.

İlkin ehtimala görə, sürücü idarəetməni itirib və nəticədə mikroavtobus Şohdara çayına düşüb. Nəqliyyat vasitəsində 13 nəfər olub, onlardan 3-ü xilas edilib.

Son xəbərlər

Orphus sistemi