Yuxarı

​Tacikistan İslam Partiyasının rəhbərləri silahlı qiyamda ittiham olunur

Tacikistan İslam dirçəliş partiyasının rəhbərləri və bəzi fəallarına qarşı cinayət işi qaldırılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Tacikistanın İslam Dirçəliş partiyasının rəhbərləri və onun bəzi fəallarına qarşı cinayət işi qaldırılıb. "Report" TASS-a istinadən xəbər verir ki, onlar dövlətə qarşı cinayətlərdə, o cümlədən silahlı qiyam təşkil etməkdə, cinayətkar qruplaşma yaratmaqda, terrorçuluq əməllərində, hökumətin devrilməsinə və Tacikistan Respublikasının konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışlarda ittiham olunurlar.

Qeyd edək ki, bu barədə Tacikistan baş prokurorluğunun yaydığı məlumatda bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi