Yuxarı
    Bağlamaq

    Tacikistan-Əfqanıstan sərhədində atışma olub, ölən və yaralananlar var

    Ölən hərbçi polkovnik Xeyrəddin Axmatovdur

    Bakı. 3 dekabr. REPORT.AZ/ Tacikistanın hərbi hissə komandiri Əfqanıstanla sərhəddə silahlı qruplaşma ilə baş vermiş atışmada həlak olub.

    "Report"un məlumatına görə, bu barədə RİA "Novosti" Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindəki mənbəyə istinadən xəbər verib.

    Xəbərdə bildirilir ki, hadisə Əfqanıstanla sərhəddəki Şamsiddin Şohin rayonunda, Lanqurixo qışlağında baş verib. Atışma zamanı həmçinin daha 4 hərbçi yaralanıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Bu səbəbdən də yaralıların vertolyotla Düşənbə şəhərinin hərbi hospitalına göndəriləcəyi ehtimal olunur.

    Silahlı qruplaşma üzvlərinin əfqan qaçaqmalçıları olduğu güman edilir. Ölən hərbçi polkovnik Xeyrəddin Axmatovdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi