Tacikistan birtərəfli qaydada Qırğız Respublikası ilə sərhədi bağlayıb

Tacikistan birtərəfli qaydada Qırğız Respublikası ilə sərhədi bağlayıb Bakı. 8 fevral. REPORT.AZ/ Tacikistan Qırğız Respublikası ilə sərhədi birtərəfli qaydada bağlayıb.
Digər ölkələr
8 Fevral , 2018 15:42
Tacikistan birtərəfli qaydada Qırğız Respublikası ilə sərhədi bağlayıb
Eurasia Expert

Bakı. 8 fevral. REPORT.AZ/ Tacikistan Qırğız Respublikası ilə sərhədi birtərəfli qaydada bağlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qırğız Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən bildiriblər. 

Buna səbəb Qırğız vətəndaşları ilə Tacikistan Sərhəd Xidməti əməkdaşları arasında baş verən insident göstərilir.

Məlumata görə, "Kulundu-avtoyol" nəzarət-buraxılış məntəqəsi beynəlxalq keçid nöqtəsi olduğundan tətbiq edilən məhdudiyyətlər üçüncü ölkə vətəndaşlarına aid edilmir.

DSX nümayəndəsinin sözlərinə görə, Tacikistan sərhədçiləri həmçinin Leylek rayonunun Say mahalında körpünü keçid üçün bağlayıb və orada hərbçi sayını artırıblar.

Hazırda iki ölkənin sərhəd xidməti nümayəndələri görüşlər keçirirlər.

Son xəbərlər

Orphus sistemi