​Tacikistan aclıqdan əziyyət çəkən ölkələr siyahısına düşüb

​Tacikistan aclıqdan əziyyət çəkən ölkələr siyahısına düşüb Ölkə əhalisinin 33 faizi aclıqdan əziyyət çəkir
Digər ölkələr
14 Yanvar , 2016 21:53
​Tacikistan aclıqdan əziyyət çəkən ölkələr siyahısına düşüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Ərzaq Siyasəti Beynəlxalq Tədqiqat İnstitutu (ƏSBTİ) Tacikistanı postsovet dövlətləri arasında aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıb.

"Report" xəbər verir ki, ƏSBTİ mütəxəssisləri tərəfindən hazırlanan reytinqə əsasən, Tacikistan əhalisinin 33 faizi aclıqdan əziyyət çəkir.

Ekspertlər ölkə əhalisinin iqtisadi rifah səviyyəsinin sərt şəkildə pisləşməsini əmək miqrantlarının pul köçürmələri həcmini əhəmiyyətli dərəcədə azatmaları ilə əlaqələndirirlər. Əsas səbəb kimi isə Rusiyadakı iqtisadi böhran göstərilir.

Tacikistan Milli Bankının məlumatına görə, ötən il daxilolmaların həcmi 2014-cü il ilə müqayisədə 40 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi