Tac Mahaldan minə yaxın turist təxliyə olunub

Tac Mahaldan minə yaxın turist təxliyə olunub Təcili evakuasiya naməlum şəxsin məkanı minalaması ilə bağlı zəngindən sonra edilib
Digər ölkələr
4 Mart , 2021 10:37
Tac Mahaldan minə yaxın turist təxliyə olunub

Cümə axşamı səhər saatlarında Hindistanın Aqra şəhərindəki (Uttar Pradeş ştatı) Tac Mahal məqbərəsindən 1 000 turist partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat verib.

Təcili evakuasiya naməlum şəxsin məkanı minalaması ilə bağlı zəngindən sonra edilib.

Tac Mahal kompleksi polis tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri partlayıcı qurğu axtarır.

İngilis versiyası Bomb threat at Taj Mahal

Son xəbərlər

Orphus sistemi