Syerra-Leonedə yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 115-ə çatıb

Syerra-Leonedə yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 115-ə çatıb Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
8 Noyabr , 2021 20:05
Syerra-Leonedə yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 115-ə çatıb

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 115-ə çatıb.

Bundan əvvəl "Sinxua" Xəbər Agentliyi 108 nəfərin öldüyünü, 92 nəfərin yaralandığını bildirmişdi.

Partlayış noyabrın 5-də axşam saatlarında baş verib. Yanacaq çəni dolu olan tanker qranit plitələri daşıyan yük maşını ilə toqquşub.

Son xəbərlər

Orphus sistemi