Bakı. 15 avqust. REPORT.AZ/ Syerra-Leonedə torpaq sürüşməsi zamanı baş vermiş dağıntıların altından 400 insanın cəsədi çıxarılıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təbii hadisə qurbanlarıının sayının 500-ü ötəcəyi gözlənilir.
Son məlumatlara görə, Fritaunun (Rejent rayonu) şəhərətrafılarından birində uzunsürən leysan yağışların səbəb olduğu daşqın və sürüşmə nəticəsində 600 nəfər itkin düşmüş hesab edilir.