Bakı. 17 yanvar. REPORT.AZ/ Syerra-Leonedə "Ebola" virusunun yenidən baş qaldırması səbəbindən 100 nəfər təcrid edilib.
"Report" "Frans Press"ə istinadən xəbər verir ki, sözügedən insanlar xəstəlikdən ölən qızla təmasda olma ehtimalına görə karantinə alınıblar.
Xəstəliyə yeni yoluxma faktı ötən cümə qeydə alınıb. Bir gün əvvəl isə Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada epidemiya üzərində qələbə qazanıldığını elan edib.
"Ebola" xəstəliyi 2014-cü ilin mayında yayılmağa başlayıb. 11 mindən çox insan bu xəstəliyin qurbanı olub.