Bakı. 7 dekabr. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) ATƏT-ə üzv ölkələrdəki münaqişələrin həllində təşkilatın institutlarının iştirakını aktiv şəkildə alqışlayır."
"Report" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Sven Mikser Vyanada ATƏT-in nazirlər iclasında bildirib.
"Aİ ATƏT-ə üzv olan dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir", - S.Mikser deyib.