Svazilend Krallığının adı dəyişdirilib

Svazilend Krallığının adı dəyişdirilib Bakı. 20 aprel. REPORT.AZ/ Svazilend kralı III Msvati bildirib ki, onun ölkəsi adını dəyişib.
Digər ölkələr
20 Aprel , 2018 02:54
Svazilend Krallığının adı dəyişdirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Svazilend kralı III Msvati bildirib ki, onun ölkəsi adını dəyişib.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" bildirib.

Nəşr xəbər verir ki, bu barədə qərar ölkənin Britaniya asılılığından azad edilməsinin 50 illiyinin qeyd edilməsi zamanı qəbul edilib. Ölkə Esvatini Krallığı adlanıb.

"Mən bəyan etmək istəyirəm ki, Svazilend özünün ilk adına qayıdıb", - deyə kral Manzini şəhərindəki idman stadionunda bildirib.

Kralın sözlərinə görə, bu addım dövlətə Britaniya müstəmləkə olana qədərki adını geri qaytarmağa imkan verir. 

Son xəbərlər

Orphus sistemi