Sutka ərzində Aralıq dənizində 2300 miqrant xilas edilib

Sutka ərzində Aralıq dənizində 2300 miqrant xilas edilib Miqrantlar 17 rezin qayıqda və 1 katerdə imiş
Digər ölkələr
10 Sentyabr , 2016 23:35
Sutka ərzində Aralıq dənizində 2300 miqrant xilas edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Son sutka ərzində Aralıq dənizində təxminən 2300 miqrant xilas edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, xilasedicilər İtaliyanın Sahil Mühafizəsinin komandanlığı ilə 18 xüsusi əməliyyat keçiriblər. Əməliyyatlarda ispan və irland gəmiləri, habelə qeyri-hökumət təşkilatlarına məxsus 4 qayıq iştirak edib.

Məlumata görə, miqrantlar 17 rezin qayıqda və 1 katerdə imiş. 

Son xəbərlər

Orphus sistemi